Xəzər Xəbər

İki marşrut xətti üzrə avtobuslar yeniləndi

Cəmiyyət | 10:02 • 26 Dekabr 2018
İki marşrut xətti üzrə avtobuslar yeniləndi
Paytaxtda daha 2 marşrut xətti üzrə avtobuslar yenilənib.


XəzərXəbər xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından 64 ("Neftçilər" metrostansiyası-Yeni Günəşli) və 81 (Köhnə Günəşli-Qaraçuxur) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti yeni avtobuslarla təşkil edilib.

BNA rəsmisi qeyd edib ki, qarşıdakı aylarda digər xüsusəndə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətləri üzrə də analoji addımlar atılacaq.

Xəbər lenti