Xəzər Xəbər

Qaradağ rayonunda icazəsiz ova cəhd edənlər saxlanılıb

Cəmiyyət | 15:28 • 25 Dekabr 2018
Qaradağ rayonunda icazəsiz ova cəhd edənlər saxlanılıb

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları paytaxtın Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 nəfəri saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyənləşib. Onlardan 2 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlar ümumilikdə 2000 manat məbləğində cərimələnib.

Xəbər lenti