Xəzər Xəbər

“ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alındı

Cəmiyyət | 14:52 • 25 Dekabr 2018
“ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alındı

Dekabrın 25-də "ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu müraciət Şəki "ASAN xidmət” mərkəzinə Şəki şəhər sakini Nadir Paşayev tərəfindən edilib. O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətindən yararlanıb.


26 milyonuncu müraciətin sahibi Nadir Paşayev təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.


"ASAN xidmət”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin verdiyi məlumata görə, hazırda 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan əlavə, regionlarda 10 Səyyar "ASAN xidmət” avtobusu və Səyyar "ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
388 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti