Xəzər Xəbər

Bakıda bu marşrut xəttinə 20 yeni avtobus verildi

Cəmiyyət | 13:52 • 24 Dekabr 2018
Bakıda bu marşrut xəttinə 20 yeni avtobus verildi

Bakı Nəqliyyat Agentliyi (BNA) 64 saylı müntəzəm marşrut xətti istiqamətində 20 yeni avtobusu istifadəyə verəcək.

Trend-in məlumatına görə, bunu qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev yeni avtobusların təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, 64 saylı müntəzəm marşrut xətti üzrə daşıyıcının fəaliyyəti qənaətbəxş olmadığından Bakı Nəqliyyat Agentliyi onunla imzalanan müqaviləyə xitam verib. Başqa daşıyıcı ilə müqavilə imzalanıb:

"Dəfələrlə agentliyə həmin marşrut üzrə sərnişindaşıma keyfiyyətinin aşağı olması, qeyri-peşəkar sürücülər tərəfindən avtobusun idarə olunması, avtobusların texniki cəhətdən qoyulan tələblərə cavab verməməsi ilə bağlı şikayətlər daxil olurdu. Daşıyıcı qarşısında bununla bağlı tələblər qoyulsa da, bu istiqamətdə addımlar atılmırdı. Buna görə də daşıyıcı ilə müqaviləyə xitam verilib".

BNA rəsmisi bildirib ki, 64 saylı marşrut xətti metronun "Neftçilər" stansiyasından Yeni Günəşli istiqamətində hərəkət edəcək:

"Yeni avtobuslar yaxın günlərdə xəttə buraxılacaq, 4 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək. Kart sistemi isə hələlik tətbiq olunmayıb. Avtobuslarda, həmçinin fiziki imkanları zəif olan şəxslərin istifadəsi üçün panduslar yerləşdirilib, əlil arabaları üçün yer quraşdırılıb. Marşrut "General Avto Company" şirkəti ilə imzalanan müqavilə əsasında fəaliyyətə başlayacaq".

Mais Ağayev deyib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən gələn il daha 300 avtobus gətiriləcək. Həmin avtobuslar gətirildikdən sonra bütün yenilənmiş xətlər üzrə kart sisteminə keçid təmin ediləcək.

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti