Xəzər Xəbər

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar keçirilən tеst imtаhаnının nəticələri açıqlanıb

Cəmiyyət | 17:17 • 23 Dekabr 2018
Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar keçirilən tеst imtаhаnının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. DİM-dən xezerxeber.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 394 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 324 nəfər imtahanda iştirak edib.

İmtahanın nəticələri saat 16:05-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

Test imtahanının nəticələrinə əsasən, 117 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

Xəbər lenti