Xəzər Xəbər

Vəkilliyə qəbul üzrə imtahanın nəticələri açıqlanıb

Cəmiyyət | 16:26 • 23 Dekabr 2018
Vəkilliyə qəbul üzrə imtahanın nəticələri açıqlanıb

Dekabrın 23-də Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.


Vəkillər Kollegiyasından bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq cari ilin aprel ayında başlanmış sənəd qəbulu nəticəsində 150 nəfər hüquqşünas vəkil olmaq üçün öz namizədliyini irəli sürüb və 3 saat davam edən imtahanda bilavasitə 138 nəfər iştirak edib, onlardan 106 nəfəri 60 və daha yüksək bal toplayıb ki, bu da 76,8 faiz təşkil edir.


Ən yüksək nəticə göstərən namizəd 94 bal toplayıb.


Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.


Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün keçirilmiş test imtahanından müvəffəqiyyət qazanmış namizədlərin siyahısı Kollegiyanın rəsmi internet səhifəsində (www.barassociation.az) yerləşdirilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti