Xəzər Xəbər

Vəkilliyə qəbul üzrə test imtahanı keçirilib

Cəmiyyət | 15:45 • 23 Dekabr 2018
Vəkilliyə qəbul üzrə test imtahanı keçirilib

Dekabrın 23-də Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində ilk dəfə olaraq informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilir.


Vəkillər Kollegiyasından bildiriblər ki, 150 nəfər vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq, Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunub ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər. Nəticələr imtahandan sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək.


İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, KİV nümayəndələrinin iştirakı təmin edilib.


İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara gəldikdə isə, qeyd olunmalıdır ki, imtahanda iştirak edən ən yaşlı namizəd 69, ən gənc isə 24 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 63 faiz, respublikanın digər regionları üzrə isə 37 faizdir. Sevindirici haldır ki, imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 4 faizi xarici, 96 faizi yerli ali təhsil müəssisələrində təhsil almışlar ki, bu siyahıda ilk yeri 53 faiz ilə Bakı Dövlət Universiteti tutur.


Azərbaycan Respublikasının Vəkillər Kollegiyası öz tarixində ilk dəfə olaraq bir il ərzində ikinci dəfə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının keçirilməsini təşkil edib. Bundan əvvəlki ixtisas imtahanlarının yazılı test mərhələsi cari ilin yanvar ayında keçirilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti