Xəzər Xəbər

Təbiətə 8900 manat ziyan vuran şəxs cəzalandırıldı

Cəmiyyət | 12:19 • 17 Dekabr 2018
Təbiətə 8900 manat ziyan vuran şəxs cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Lerik rayonunun Vizəzəmin kəndi ərazisində köküstə yaş 15 qızılağac ağacının kəsildiyi aşkar edilib və təbiətə 8900 manat məbləğində ziyan dəydiyi məlum olub. 

Xezerxeber.az xəbər verir ki, araşdırma zamanı ağacların Lerik rayon sakini Asif Rzayev tərəfindən kəsildiyi müəyyən olunub və faktla bağlı təqsirkar barəsində akt tərtib edilib. 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. 

Xəbər lenti