Xəzər Xəbər

Avtovağzaldan bayram hazırlığı

Cəmiyyət | 11:58 • 15 Dekabr 2018
Avtovağzaldan bayram hazırlığı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə 15 dekabr tarixindən 03 yanvar tarixinədək Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Həmin günlərdə yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, BBAK tərəfindən 200-dən çox ehtiyat avtobus ayrılıb.

Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 9 min sərnişin Avtovağzaldan yola salınır.

Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından daha öncədən əldə edə bilərlər.

Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
538 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti