Xəzər Xəbər

Sağlam beyinə sahib olmaq istəyirsinizsə - bu cür qidalanın

Cəmiyyət | 10:43 • 15 Dekabr 2018
Sağlam beyinə sahib olmaq istəyirsinizsə - bu cür qidalanın

Diqqətsizlik, səbirsizlik, tez əsəbiləşmə...

Beyin yorğunluğu zamanı ən çox qarşılaşılan şikayətlər sırasına unutqanlıq, diqqət əskikliyi, öyrənmə və əzbərləmə pozğunluqları, beyində ağırlıq hissi, diqqətsizlik, səbirsizlik və tez əsəbiləşmə halları daxildir. Beyin yorğunluğu yaşayan insanlar oxumaqda çətinlik çəkir, digər səhifəyə keçdiyində əvvəlki səhifəyə tez-tez baxmaq ehtiyac duyurlar.

XəzərXəbər sağlam beyin üçün tövsiyələri sizlərə təqdim edir.

Karbohidrat qəbulunu azaldın

Xüsusilə, karbohidrat qəbulunu kəsin, çörək, makaron, xəmir yeməkləri kimi ağ qidaların qəbulunu azaldın.

Şəkəri azaldın

Çayınıza şəkər əlavə etməyin, süni şəkərlərdən istifadə etməyin. Bu tərz şəkərlər kökəlməyə səbəb olur, sağlamlıq problemlərinə yol açır. Şəkər ehtiyacınızı təbii qidalardan alın. Bunun üçün meyvələri seçə bilərsiniz.

Sağlam yağlı qidalarla qidalanın

Zeytun yağı, hinditan qozu yağı, badam, fındıq, fıstıq kimi sağlam yağlar qəbul edin. Avokado ilə də günlük yağ ehtiyacınızı qarşılaya bilərsiniz.

Yorğun olsanız da, hərəkət edin

Beynizin inkişafı üçün idman etmək vacibdir, gəzin, idman etməyə çalışın, bədənizi məcbur edin. İdman etdikcə yorğunluğunuz keçəcək.

Probiotiklər

Ağartı məhsulları olduqca faydalıdır. Qatıq, kefir kimi qidalarla qidalanın.

D Vitamini

D vitamini eyni zaman gün işığı hormonu olaraq bilinir. Ruhi sağlamlıq üçün xüsusilə, qış aylarında qəbul etmək vacibdir.


AzNews.az

Xəbər lenti