Xəzər Xəbər

III qrupa mütləq Coğrafiya fənni artırılmalıdır - Təklif

Cəmiyyət | 12:05 • 14 Dekabr 2018
III qrupa mütləq Coğrafiya fənni artırılmalıdır - Təklif

"Şagirdlər imtahan verəcəyi ixtisas qruplarında olmayan fənləri oxumurlar. Sonradan həmin ixtisaslara qəbul olan zaman isə çətinlik çəkirlər. Ona görə də, Coğrafiya fənni I və III ixtisas qruplarına əlavə olunmalıdır”.

XəzərXəbər məlumat verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Tarix-Coğrafiya müəllimi Posu Mansırlı deyib. Onun sözlərinə görə, Coğrafiya elə bir fəndir ki, insanın dünyagörüşünün formalaşmasında mühüm yer tutur:

"Hər şagird Coğrafiya fənnini mükəmməl öyrənməlidir. O ki qaldı III ixtisas qrupuna Coğrafiya fənninin artırılmasına, bəli, artırılmalıdır. I ixtisas qrupunda da elə ixtisaslar var ki, sırf Coğrafiyaya aiddir və ya bu fənnin bir qoludur.

Bizim şagirdlərin pis xüsusiyyəti ondadır ki, imtahan verəcəkləri ixtisas qruplarında olmayan fənləri oxumurlar. Sonradan həmin ixtisaslara qəbul olan zaman çətinlik çəkirlər. Ona görə də, fikrimcə, Coğrafiya fənni I və III ixtisas qruplarına əlavə olunmalıdır”.

Müəllim I ixtisas qrupunda Coğrafiyanın qolu olan Geodeziya və Kartoqrafiya ixtisasının olduğunu vurğulayıb:

"Bu ixtisas Coğrafiyanın bir qoludur. Coğrafiyanı bilməyən şagird buraya qəbul olunduqda həmin ixtisas tələbə üçün çətinlik yaradır və Coğrafiyanı yenidən oxumalı olur. Ancaq həmin ixtisas qrupunda bu fənn əlavə edilsə, tələbə üçün daha asan olar. Fənn sayının artması çətinlik yaratsa da, elm üçün hər çətinliyə dözmək lazımdır”.

Xatırladaq ki, bir neçə müəllim III ixtisas qrupuna Coğrafiya fənninin əlavə edilməsini təklif edir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti