Xəzər Xəbər

Saçları yuyarkən yol verilən 8 səhv Hamımız belə edirik

Cəmiyyət | 15:55 • 13 Dekabr 2018
Saçları yuyarkən yol verilən 8 səhv

"Saçları yumağın da bir qaydası var?" deyə düşünürsünüzsə, bu məqaləni oxuduqdan sonra fikriniz dəyişəcək. Saçların gözəl və baxımlı görünməsi onlara edilən qulluqdan aslıdır. Həmçinin saçlara olunan qidalandırıcı maskaların və tətbiq edilən vasitələrin keyfiyyəti onların sağlamlığını və gözəl görünüşünü təmin edir.


XəzərXəbər medicina.az-a istinadən saçların düzgün yuyulması haqda bəzi ipucularını təqdim edir:


Səhv 1: Saçları dəsmalla qurulamaq


Dəsmalla sürtülən zaman saçların strukturunda bir sıra dəyişikliklər gedir. Buna görə də saçları dəsmalla qurulamaq yerinə, yaxşı olardı ki, onun təbii yolla qurumasını təmin edəsiniz.


Səhv 2: Şampundan həddən çox istifadə etmək


Çox - yaxşı demək deyil. Hər halda bu, saç şampunlarına və kondisionerlərinə aid edilə bilər. Şampunun miqdarı saçların nə qədər tez-tez yuyulmasından aslı olaraq dəyişir. Əgər saçları hər gün yumaq məcburiyyətindəsinizsə, o zaman hər dəfə saçlarınızı 2 dəfə şampunlamaya bilərsiniz. Bunu həftədə bir dəfə etmək kifayət edər.


Səhv 3: Saç diblərini çox möhkəm sürtmək


Saç diblərinin möhkəm qaşınaraq yuylması saçların tökülməsinə səbəb ola bilər. Buna görə də saçları yumşaq, dairəvi hərəkətlərlə yuyun.


Səhv 4: Başınızı yuyarkən çox tələsirsiniz


Nəticədə də saç köklərini təmiz yumursunuz. Bütün problemlər də burdan başlayır.


Səhv 5: Kondidioner istifadə etmirsiniz?


Nahaq yerə! Balzam təkcə saçların рН səviyyəsini müəyyən etmir, həm də saçlara parıltı və həcm verir. Yeganə fərqi odur ki, kondisioneri saçların yalnız uclarına deyil, həm də diblərinə də vura bilərsiniz.


Səhv 6: saçlarınızı gec-gec yuyursunuz


Bu çox fərdi məsələdir. Belə ki, biri saçlarını 1 həftə yumaya, bununla belə çox təmiz görünə, və ya əksinə, digəri 2 gündən bir yusa da çox çirkli görünə bilər. Buna görə də saçlarınızın yağlı və ya quru olduğunu təyin etməlisiniz.


Səhv 7: Saçınızı qaynar su ilə yuyursunuz


Qaynar su - sağlam saçların düşmənidir. O, saçların pulcuqlarını açaraq zədələyir.


Səhv 8: Saçlarınızı həmişə fenlə qurudursunuz


Saçları fenlə qurutmaq çox rahatdır. Amma burada bir məqam var. Saçlarınız tamam yaş olduqda onların təbii şəkildə qurumasını təmin edin. Saçlar artıq azacıq nəm hala gəldikdə onları fenlə qurutmaq olar.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
522 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti