Xəzər Xəbər

Diqqət! Burnunuzdan qan gəlirsə...

Cəmiyyət | 11:22 • 12 Dekabr 2018
Diqqət!

Qaraciyər orqanizmdə yaranan toksinlərin neytrallaşmasında rol oynayan fermentlər və hormonlar ifraz edən olan ən böyük vəzdir. Amma vaxt keçdikcə bu vəz müxtəlif amillərin təsiri ilə zəhərli maddələrlə "çirklənir".

Belə olan halda onun üzərinə daha ağır yük düşür. Qaraciyər heç də həmişə öz işinin öhdəsindən gələ bilmir. Hətta bu orqanın iflasının kiçik əlamətləri zamanı belə təcili olaraq həkimə müraciət etmək mütləqdir.

XəzərXəbər Milli.Az-aistinadən bu zaman diqqət yetirməli olduğunuz 9 əlaməti təqdim edir.

1. Qarının yuxarı hissəsində ağırlıq və ya ağrı hissi

Əgər siz çox yağlı yeməklər yeyirsinizsə, o zaman bu qaraciyər böyüməsinə səbəb ola bilər. Nəticədə döş qəfəsinə və qarın boşluğunun yuxarı hissəsinə olan təzyiq çoxalır. Şişmiş mədə həmçinin qaraciyərin toksinlərlə dolmasına bir işarədir.

2. Ürək bulanması

Ürək bulanması - qaraciyərin qaydada olmamasına bir işarədir. Yağlı qida qəbul etdikdən sonra siz özünüzü pis hiss edə bilərsiniz. Bağırsaqda ağırlıq, ürək bulanması, baş gicəllənməsi, bəzən isə qusma və bağırsaq pozulması kimi əlamətlərə diqqət yetirin.

3. Həssas dəri və göz almasının saralması

Əgər sizin qaraciyəriniz toksinlərlə dolubsa, bu özünü sizin dərinizdə səpgi və qıcıqlanma şəklində büruzə verəcək. Hətta sizin göz almanız da sarala bilər. Bu əsasən qanda bilrubinin çoxalması və qaraciyərin onu neytrallaşdıra bilməməsindən irəli gəlir.

4. Yorğunluq və zəiflik

Qaraciyər problemi olan insanlar həmişə özlərini yorğun hiss edir, iştahsız olurlar. Əgər bu əlamətlər daimidirsə, o zaman həkimə müraciət olunmalıdır.

5. İstilik

Çox hallarda qaraciyər problemi olan insanların qarın hissəsində ağrı olur. Bu zaman orqanizmin temperaturunu izləmək vacibdir. Çünki əgər temperatur artarsa bu qaraciyərdə başlayan iltihabı prosesin xəbərçisi ola bilər.

6. Əzələ ağrıları

Əgər sizin əzələləriniz və oynaqlarınız daima ağrıyırsa, dərinizdə göyərmələr əmələ gəlirsə, ayaqlarınız şişirsə bu qaraciyərin funksiyasının pozulmasından xəbər verir.

7. Sidiyin və nəcisin rənginin dəyişməsi

Sidik daha tünd, nəcis isə əksinə daha açıq rəng alırsa demək ki, qaraciyər öz işinin öhdəsindən gələ bilmir.

8. Qaşınma

Əgər dəriniz sarı rəngə çalır və qaşınırsa, dədən qaraciyərin zərərsizləşdirə bilmədiyi toksiki maddələrə reaksiya verir..

9. Qanaxma

Nadir əlamətdir. Amma rast gəlinir. Ən çox da burun qanaması kimi meydana çıxır.

Səbəblərindən aslı olaraq əlamətlərin hamısı xəstədə eyni vaxta görülməyə bilər. Amma yenə də sadalanan əlamətlərdən ikisi və daha çoxu müşahidə edildikdə həkimə müraciət etmək vacibdir.

Qaraciyər - orqanizmi zərərli maddələrdən təmizləyən çox vacib orqanlardan biridir. Bu orqanın bir çox "düşmənləri" var.

• alkoqol;
• yağlı qida;
• az fiziki aktivlik;
• qida əlavələrinin qəbulu və çəki azalması;
• ağrıkəsici dərmanların qəbulu;
• bəzi dərman preparatları.

Qaraciyərin sağlam olması üçün düzgün qidalanmaq şərtdir. Buna görə də qida rasionunuza aşağıda sadalanan ərzaq məhsullarını əlavə edin:

• kifayət qədər su
• kəsmik
• sarıkök
• bal
• Tam taxıllardan hazırlanmış sıyıqlar
• Meyvələr: alma, banan, şaftalı, ərik, armud
• Tərəvəzlər: balqabaq, yerkökü, çuğundur, gül kələm

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti