Xəzər Xəbər

Dekabrda insan nə qədər günəş şüası qəbul etməlidir?

Cəmiyyət | 19:11 • 9 Dekabr 2018
Dekabrda insan nə qədər günəş şüası qəbul etməlidir?

Orqanizmi lazımi səviyyədə D vitamini ilə təmin etmək üçün insana müəyyən miqdarda günəş şüası lazımdır. Nə qədər günəş şüasının lazım olduğuna dair müxtəlif fikirlər olsa da, London Kral Kollecinin dermatoloqu bu rəqəmin, çoxlarının düşündüyündən xeyli böyük olduğunu deyib.

XəzərXəbər medicina.az-a istinadən bildirir ki,həkim-dermatoloq Reyçel Morris-Cons dəri ilə bağlı bütün "mifləri" özünün 20 illik təcrübəsinə əsasən alt-üst edir. Məsələn, o, əmin edir ki, bizim çoxumuza yumşaldıcı vasitələr lazım deyil. Belə ki, insan dərisi öz təbii balansını qoruyub saxlaya bilir və onu əlavə olaraq artırmağa ehtiyac yoxdur. Lakin normal dərisi olan insanlar zaman keçdikdə əllərində və ayağın aşağı hissəsində quruluğun artmasını hiss edirlər. Adətən 20 yaşdan sonra başlanan bu proses orqanizmin hər il 1 faiz az kollagen hasil etməsi ilə bağlıdır ki, nəticədə dəridə nəmlik azalır. Hər halda insanlara 50 yaşdan sonra yumşaldıcı vasitələr lazımdır, bu zaman onların inqrediyentinə diqqət yetirilməli, tərkibində kokos yağı, yaxud parafin olandan istifadə edilməlidir.

Günəş yanıqlarından qorunmaq lazımdır. Lakin şübhə yoxdur ki, bizim sağlamlığımız üçün günəş şüaları vacibdir. Çünki onun təsiri altında dəri sümük və immun sisteminin tələb etdiyi D vitaminini ayırır. Hər gün orqanizmə bu vitamindən 25 mkq lazımdır. Bu miqdarı əldə etmək üçün Avropa ölkələrində yaşayanlar aprel ayında 8 dəqiqə, avqustda 5 dəqiqə, dekabrda 2 saat 20 dəqiqə, qaradərili insanlar isə dekabr ayı ərzində 24 saatdan çox günəş şüası qəbul etməlidir.

Reyçel Morris-Cons dəri yaralarını sağaltmaqda adi balı məsləhət görür. Qeyd edək ki, alimlər bu məhsulda dərini sağaldacaq aktiv bioloji komponentlərin olmasını yalnız son vaxtlar aşkar ediblər. Baldakı turşuluq yaranın sağalması üçün orqanizmin hasil etdiyi zülalların ayrılmasına səbəb olur. Bundan başqa, bal yaranın çirkini təmizləyir ki, bu da yaranı daha tez sağaldır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti