Xəzər Xəbər

Qazdan istifadə qaydaları dəyişdi

Cəmiyyət | 14:44 • 4 Dekabr 2018
Qazdan istifadə qaydaları dəyişdi

Nazirlər Kabineti bəzi qaydalarda dəyişikliklər edib.

Nazirlər Kabineti "Qazdan istifadə Qaydaları” və "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişikliklər edib.

Sənaye qaz qurğularının istismara buraxılması Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin verdiyi icazə əsasında həyata keçirilir.

Qaydalara edilən dəyişikliklərə əsasən, enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi aşağıdakı sənədlər əsasında həyata keçirilir:

- qaz paylayıcısının verdiyi texniki şərt;

- Enerji Məsələlərini Tənzimləmə Agentliyi və qaz paylayıcısı ilə razılaşdırılmış qaz təchizatı layihəsi;

- tikinti-quraşdırma işlərini aparmış şəxslə istehlakçı arasında təhvil-təslim aktı;

- buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt;

- quraşdırılmış sənaye qaz qurğularının texniki pasportları;

- qaz sayğacının quraşdırılması aktı.

Nazirlər Kabinetinin "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda etdiyi dəyişikliklərə əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən10 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir:

- ETM-in və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;

- Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ETM ilə razılaşdırılmış enerji təchizatı layihəsi;

- tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;

- elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;
- kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;

- transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;

- elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı;

- elektrik sayğacının quraşdırılması aktı.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti