Xəzər Xəbər

Qurumuş ağacların yerinə yeniləri əkilib - FOTO

Cəmiyyət | 17:45 • 27 Noyabr 2018
Qurumuş ağacların yerinə yeniləri əkilib -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində qurumuş ağacların çıxarılaraq yerində yenilərinin əkilməsi məqsədilə başlanan aksiya bu gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbisində davam etdirilib.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, aksiya zamanı 285 saylı orta məktəbin qarşısındakı 8 qurumuş ağacın yerinə 30 ədəd həmişəyaşıl sərv və şam ağacları əkilib. Məktəbin kollektivi ağacların əkilməsində fəal iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəhər sakinlərini bu aksiyalarda fəal iştirak etməyə çağırır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti