Xəzər Xəbər

Qoz-fındığı necə yeyək ki, sağlamlığımıza faydası olsun?

Cəmiyyət | 11:17 • 27 Noyabr 2018
Qoz-fındığı necə yeyək ki, sağlamlığımıza faydası olsun?

Qoz, fındıq, badam, püstə, araxis, keşyu və digər çərəzlər insan sağlamlığı üçün olduqca qiymətli Omeqa yağlı turşularla zəngindir.

Bu turşular ürək və damar xəstəliklərinin, insult və infarktın ən yaxşı profilaktikasıdır.

Həmçinin çərəzlər ən güclü antioksidantlardan biri olan E vitamini ilə də zəngindir. E vitamini orqanizmdə gedən qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin, o cümlədən xərçəngin riskini azaldır, dərini cavanlaşdırır.

Qoz-fındığı necə yeyək ki, orqanizm onlardan maksimun fayda alsın?

Bu suala rusiyalı diyetoloq Svetlana Fus cavab verir.

XəzərXəbər Saglamolun.az-aistinadla xəbər verir ki, diyetoloqun sözlərinə görə, qoz-fındığın faydalı xüsusiyyətlərinə baxmayaraq onları gün ərzində 1 ovucdan (təxminən 20-30 qr) artıq yemək olmaz.

Qoz, fındıq, keşyu və s. çərəzləri təmizlənmiş deyil, qabıqlı şəkildə almaq daha yaxşıdır. Təmizlənmiş qoz-fındığın üzərinə çoxlu mikroblar var, həmçinin onlar tez xarab olur. Təmizlənmiş çərəzləri yedikdən əvvəl mütləq yumaq və ya quru tavada bir az qızdırmaq lazımdır (qızartmaq olmaz!).

Kiflənmiş çərəzlərin tərkibində güclü zəhər olan aflotoksinlər əmələ gəlir ki, bu toksinlər qaraciyərə çox ciddi ziyan vurur.

Diyetoloqun sözlərinə görə, dükanlarda satılan qızardılmış çərəzlər orqanizm üçün faydalı sayıla bilməz. Qızardılma zamanı bir çox qiymətli maddələr dağılır. Həmçinin qızardılma zamanı ziyanlı yağlar istifadə oluna bilər, yağda qızardılmış çərəzlər kanserogen xüsusiyyətləri əldə edir.

Duz, şəkər və s. əlavə olunmuş çərəzləri yeməyin.

Diyetoloqun sözlərinə görə, məktəb yaşına qədər uşaqlara qoz-fındaq verməyi tövsiyə edilmir.

Nəzərə almaq lazımdır ki, çərəzlər ən güclü allergenlərdən biri sayılır.

Mədə-bağırsaq sistemi xəstəlikləri, bəzi dəri xəstəlikləri, qalxanvari vəzi hiperfunksiyası zamanı çərəzlərin istehlakı arzuolunan deyil.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti