Xəzər Xəbər

Əjdər Ağayev vəfat edib

Cəmiyyət | 09:14 • 27 Noyabr 2018
Əjdər Ağayev vəfat edib
Əməkdar müəllim, Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri Əjdər Ağayev vəfat edib.


Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Əjdər Ağayev 1937-ci il oktyabrın 10-daNeftçalarayonunun Qırmızıkənd kəndində anadan olmuşdu. Burada kənd yeddiilik,Salyanda orta məktəbi bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil alıb (1955-1960).

Əmək fəaliyyətinəSalyanrayonu məktəblərində müəllim kimi başlayıb (1960-1965). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub (1965-1969). "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" adlı doktorluq işi müdafiə edib. "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olub (1974-1981).

Sonralar müxtəlif vəzifələrdə çalışıb. ArdıncaLənkəranDövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində işləyib. AzərbaycanTəhsil Nazirliyinəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olub.

Ə.Ağayev Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri olub. Təhsil Şurası 1998-ci ilin sentyabr ayında keçirilən Azərbaycan müəllimlərinin XI qurultayında yaradılıb. Ə.Ağayev 2018-ci ilin noyabrınadək şuranın sədri olub.

Akademik Mehdi Mehdizadə adına mükafatın və "Araz" ali ədəbi mükafatın laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Allah rəhmət eləsin!

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti