Xəzər Xəbər

Onkoloji xəstəliklərlə mübarizədə şəkərin “gizli silah” olması aşkarlanıb

Cəmiyyət | 15:59 • 26 Noyabr 2018
Onkoloji xəstəliklərlə mübarizədə şəkərin “gizli silah” olması aşkarlanıb

Qida əlavəsi şəklində qəbul edilən mannoza şəkəri, eyni zamanda, şişlərin böyüməsini dayandırmağa və kimya terapiyasının təsirini gücləndirməyə qadirdir. Bu barədə "Medical Express” bildirir. Bu şəkər müxtəlif onkoloji xəstəliklərdən əziyyət çəkən gəmiricilər üzərində aparılan təcrübələrdə özünü təsdiqləyib. Məlumdur ki, şişlər adi toxumalara nisbətən daha çox şəkər sərf edir. Mannoza qlükozanın maddələr mübadiləsinə qarışmaqla, xərçəng hüceyrələrinin istifadə etdiyi şəkərin həcmini azalda bilər.


Nəticə isə budur: xərçəng hüceyrələrinin "yanacağı” kifayət etmir. Bununla da adi toxumalar əsas enerji mənbəyi olan şəkərin çatışmazlığından əziyyət çəkmirlər.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mannozanın suya əlavə olunması və ya peroral - ağızdan qəbul edilməsi zamanı mədəaltı vəzi, ağciyər və dəri xərçəngi xəstəliklərinin reaksiyası sübut olunub. Yenitörəmələrin inkişaf sürəti azalır və bu, hiss olunmayan kənar təsirlərsiz baş verirdi.


Mütəxəssislər, həmçinin mannozanın kimya terapiyasına olan təsirini yoxlayıblar. Gəmiricilərə tsisplatin və doksorubitsin verilib. Məlum olub ki, mannoza kimya terapiyasının təsirini gücləndirib. Yeri gəlmişkən, şəkəri leykemiya, osteosarkoma toxumalarında, yumurtalıq və bağırsaq xərçəngində də təcrübədən keçiriblər. Bu yanaşma bütün hallarda özünü doğrultmayıb. Mannozanı parçalayan fermentlərin hüceyrələrdə olması müalicənin uğurlu keçməsindən xəbər verir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
514 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti