Xəzər Xəbər

Azərbaycan Qarabağ atları ixrac edə bilər

Cəmiyyət | 12:07 • 26 Noyabr 2018
Azərbaycan Qarabağ atları ixrac edə bilər

Bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

Bu il noyabrın 5-də açılışı olmuş Qarabağ Atçılıq Kompleksinin hesabına Azərbaycan Qarabağ atları ixrac edə bilər.

Bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

"Həmin kompleksdə atçılığın inkişafı ilə bağlı bütün tədbirlər - atların karantin zonasının yaradılması, vaxtaşırı müayinə və müalicə edilməsi, yarışlara hazırlanması, satışa çıxarılması nəzərdə tutulub. Məqsədimiz odur ki, bu sahəni inkişaf etdirək, o cümlədən ixrac üçün atlar yetişdirək və bununla da kompleksin gələrlərinin artımına nail olaq", - o qeyd edib.(report.az)

Xəbər lenti