Xəzər Xəbər

Xəzərdəki suitilərin sayı açıqlandı

Cəmiyyət | 10:08 • 26 Noyabr 2018
Xəzərdəki suitilərin sayı açıqlandı

Hazırda Xəzərdə 110 mindən çox suiti var.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

M.Axundovun sözlərinə görə, hazırda Xəzərdə olan suitilərin köç mövsümü başlayıb, şimala doğru miqrasiya edirlər. Köç mövsümündə isə heyvanların ölüm halı əvvəlki dövrlərdən daha çox olur.

"Qış ayları bu canlılarda nəsilartırma mövsümü olduğu üçün Xəzərdə olan suitilər indidən şimala doğru köç edirlər. Dekabr-yanvar aylarında Xəzərin şimal sahillərində buzların üzərində heyvanların balalama dövrü başlayır. Miqrasiya dövründə yaşlı heyvanlar arasında saatlarla üzməyə tab gətirməyib ölənləri də olur. Dəniz axını onları Xəzərin qərb sahillərinə gətirib çıxarır. Bəzi hallarda Mərdəkan, Bilgəh sahillərində onların cəsədlərini görə bilirik”.

Mütəxəssis bildirib ki, Xəzərdə olan suitiləri digərlərindən fərqlənir, belə ki, onlar endemik növdür və ancaq bu dənizdə yaşaya bilirlər:

"Səbəb isə odur ki, başqa yerlərdə suyun duzluluq səviyyəsi 30-40 promil (bir litr suda olan duzun kütləsi), Xəzərdə isə 12-13 promildir. Xəzər suitiləri yuxarı duzluluğa tab gətirə bilməz. Saya gəldikdə isə, Rusiya tərəfinin araşdırmalarına görə, hazırda Xəzərdə 300 min baş suiti var. Ancaq Böyük Britaniya tədqiqatçıları bildirirlər ki, burada 110 min suiti var. Biz britaniyalı araşdırmaçılarla razılaşırıq".

Direktor onu da əlavə edib ki, Azərbaycan 1954-cü ildən suitilərin ovunu dayandırıb, Rusiya və Qazaxıstanda isə bu heyvanların ovlanmasına kvota tətbiq olunub.(trend.az)

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
399 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti