Xəzər Xəbər

Bir həftəyə 2 kq arıqladan PƏHRİZ - İNANILMAZ ÜSUL

Cəmiyyət | 16:45 • 25 Noyabr 2018
Bir həftəyə 2 kq arıqladan

Artıq çəkidən xilas olmaq üçün hər gün yeni yazılar, məqalələr oxuyuruq. Ən qısa zamanda arıqlamaq bir çox insanın arzusudur. Türkiyəli dietoloq Səlahəddin Dönməz həftədə iki kilo arıqlamağın sirrinin zeytun yağında olduğunu bildirib.

XəzərXəbər sizə iki həftədə artıq çəkidən xilas olmağın üsullarını təqdim edir. Bu dietin uğuru doğru qida seçimi, ideal karbohidrat miqdarı və bol zeytun yağıdır.

Səhər yeməyi

Bir ədəd yumurtanı dörd yerə bölün, üstünə bir çay qaşığı zeytun yağı, bir çay qaşığı çili bibəri, acı bibər və cirə əlavə edin.

Bir çay qaşığı balı bir çay qaşığı sarıköklə qarışdırın.

Bir dilim tam buğda çörəyi

Çoxlu cəfəri, nanə, pomidor, xiyar və bibər

1/4 avokado və ya 3 qoz yeyin

Naharda

100 qram balıq və ya toyuq. Hansını yemək istəsəniz zeytun yağı, kəklikotu, çili bibəri ilə qarışdırın, iki saat soyuducuda saxlayın. Sobada və ya tavada yağsız bişirin.

Yanında çoban salatı yeyin. Salatın tərkibində pomidor, soğan, xiyar olmalıdır. Yarım limon, 1 çay qaşığı zeytun yağı, alma sirkəsini qarışdırıb salatın üzərinə tökün.

Ara öyün

Bu zaman 10 badam və ya fındıq

1 ədəd portağal, iki balaca mandarin və ya 4 yemək qaşığı nar yeyin.

Axşam

Bir kasa mərcimək və ya tarhana şorbası

Bir dilim tam buğda çörəyi

Mövsüm salatı - kök, çuğundur və turpu süzgəcdən keçirin. Kahını xırda-xırda doğrayıb, çoxlu cəfəri əlavə edin. Üstünə bir yemək qaşığı zeytun yağı və nar şərabı əlavə edin.

Ara öyün

Bir kasa qatıq yeyin./publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti