Xəzər Xəbər

Hamilə qadınlar daha az çay içməlidir! Uşaqda bu pozulmaya səbəb olur

Cəmiyyət | 11:42 • 25 Noyabr 2018
Hamilə qadınlar daha az çay içməlidir!

Dublin Uvibersitetinin (Böyük Britaniya) alimləri aşkar ediblər ki, hamiləlik zamanı qəhvə və ya çaydan sui-istifadə dölün çəkisinə mənfi təsir edir.

XəzərXəbər Saglamolun.az-a istinadla xəbər verir ki, araşdırma zamanı 1000-ə yaxın hamilə qadının rasionu və doğulan uşaqların sağlamlıq göstəriciləri araşdırılıb. Məlum olub ki, kofeinin çoxlu miqdarda qəbulu azçəkili uşaqların doğulmasına səbəb olur.

Azçəkili uşaqlarda bəzi ciddi ağırlaşmaların riski yüksək olur. Bu ağırlaşmalar arasında: anemiya (qanazlığı), beyinin zədələnməsinə səbəb ola bilən hipoqlikemiya (qanda şəkərin normadan az olması) və s.

Kofeinin əsas mənbələri: qəhvə, çay (həm qara, həm də yaşıl). Araşdırmada iştirak edən qadınlar kofeini əsasən çaydan alırdı.

Bütün bunları nəzərə alaraq, alimlər hamiləlik zamanı daha az çay içməyi tövisyə edirlər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
385 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti