Xəzər Xəbər

Bakıda döyülən məktəb direktorundan xəbər var

Cəmiyyət | 10:18 • 21 Noyabr 2018
Bakıda döyülən məktəb direktorundan xəbər var

Ötən gün aktyor Rza Rzayev tərəfindən döyülən Bakı şəhəri, Yasamal rayonu, 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alır.

Trend-in məlumatına görə, bu barədə sözügedən məktəbdən bildiriblər.

3 saylı Şəhər Klinik Xəstəxanasından isə Trend-ə bildirilib ki, xəstənin vəziyyəti normallaşmağa doğru gedir:

"Xəstə Tural Mirzəliyev kəllə-beyin travması ilə ötən gün xəstəxanaya qəbul olunub. Hazırda xəstənin vəziyyəti normaldır. Müalicə davam etdirilir".

Qeyd edək ki, Təhsil Nazirliyindən hadisə ilə hüquq-mühafizə orqanlarının məşğul olduğu bildirilib.

Xəbər lenti