Xəzər Xəbər

İcazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb

Cəmiyyət | 14:26 • 19 Noyabr 2018
İcazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Mehmangöl adlanan ərazidə keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb.


Xezerxeber.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir ki, araşdırma zamanı brakonyerlərin Kürdəmir rayon sakini Elşad Məmmədov və Bakı şəhər sakinləri Elşad Güllərov, Əlabbas Hüseynov olduğu müəyyən edilib. Onlardan 3 ov tüfəngi götürülüb.


Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq olunub.

Xəbər lenti