Xəzər Xəbər

Zeytun yağı, qoz və badam qarışığının ƏFSANƏVİ FAYDALARI Səhər acqarına yesəniz...

Cəmiyyət | 14:01 • 16 Noyabr 2018
Zeytun yağı, qoz və badam qarışığının ƏFSANƏVİ FAYDALARI

Zeytun yağı, qoz və badam qarışığının faydaları haqqında hər hansı məlumatınız varmı?

Sizi bu möhtəşəm qarışığının faydaları ilə tanış edirik.

Sağlıqsız qidalanma və gündəlik nizamsız hərəkət etmək kimi faktorlar bədənin sağlamlığına əks təsir göstərir. Xüsusilə, piylənmə və ürək xəstəliklərinin ortaya çıxmasına səbəb olur. Lakin bu problemlərin qarşısını evdə rahat şəkildə almaq olar.

Zeytun yağı, qoz və badam kimi Omeqa 3 yağ turşusu ilə zəngin olan qidalardan hazırlanan qarışıq ilə günə başlamağınız sizdə əfsanəvi dəyişikliklərə səbəb olacaq.

Faydaları:

Gün boyu vücudun enerji səviyyəsinin yüksək qalmasını təmin edir.

Qan-damar sisteminin işini tənzimlədiyi üçün ürəyin daha yaxşı işləməsini dəstəkləyir.

Hər üç qidada antioksidant olduğundan yemək borusu, mədə və bağırsaqlardakı zərərli maddələri bədəndən kənarlaşdırır. Beləcə, qəbzlik, izhal kimi xəstəliklərdən uzaq qalarsınız.

Qanda xolestrolun miqdarını tənzimləyir, eyni zamanda, qana təbii şəkəri əlavə edərək şəkərin səviyyəsinin artmasının qarşısını alır.

Qoz və badam lif baxımından zəngin olduğundan gün boyu toxluq hissi verərək artıq çəkilərdən qurtulmanıza səbəb olur.

Stress və depressiyadan uzaqlaşdırır.

Zeytun yağı bədəndəki gənc hüceyrə sayını çoxaldaraq yaşlanmanı gecikdirir. Qoz və badam isə dəri təbəqəsinin zədə görmüş hüceyrələrini bərpa edərək qırışıqlıq, sızanaq yaranmasının qarşısını alır.

Hazırlanması:

2 yemək qaşığı zeytun yağı

4 badam

2 qoz

Qoz və badamı yaxşıca əzərək zeytun yağı ilə qarışdırırsınız. Streçlə üzərini örtüb bir gün saxlayırsınız. Ertəsi gün səhər tezdən ac qarına iki qaşıq yeyirsiniz. Qarışığı hər gün hazırlamaq daha faydalı olar./publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti