Xəzər Xəbər

Bakı Metropoliteni işçi axtarır

Cəmiyyət | 11:13 • 16 Noyabr 2018
Bakı Metropoliteni işçi axtarır

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti işə qəbul elan edir.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir.

QSC-dən verilən məlumata görə, müraciət etmək istəyən iddiaçılara əsas tələblər aşağıdakı kimidir:

Tələblər:

• Ali təhsil (tələb olunan sahə üzrə);

• Yaş: 25-45;

• 3 ildən yuxarı iş təcrübəsi;

• Hərbi mükəlləfiyyətli;

• Rus və ingilis dilini sənədləşmə səviyyəsində bilməli;

• "Microsoft Office" proqramlarını istifadəçi səviyyəsində bilməli;

• İstehsalat və tikinti sahələrində ətraf mühitin mühafizəsi normalarını tələblərə əsasən idarə olunmasını bilməli;

• dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

• Ekoloji hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi ;

• Təhqiqat və monitorinqlərin aparılması;

• İstehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi;

• Həyata keçirilən ətraf mühit proqramlarının effektivliyinin yoxlanılması;

• Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;

• Mikroiqlim laboratoriyasının işinə nəzarət etməsi;

• Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması

• Qeydlər və sənədləşmə işlərinin aparılması, müəyyən olunmuş müdddətdə hesabatların tərtib edilməsi.

İş rejimi: 09:00-18:00

İddiaçılar "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin"Karyera və əməkdaşlıq”bölməsinə daxil olub"Bizdə iş”yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti