Xəzər Xəbər

Magistraturaya qəbul imtahanının proqramı müzakirə olunub

Cəmiyyət | 14:47 • 14 Noyabr 2018
Magistraturaya qəbul imtahanının proqramı müzakirə olunub

Dövlət İmtahan Mərkəzində (DİM) 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə informatika üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodik seminar keçirilib.

DİM-dən xezerxeber.az-a bildirilib ki, müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislərin iştirak etdikləri seminarda informatika üzrə magistraturaya qəbul imtahanının proqramı müzakirə olunub. DİM-in magistratura üzrə sektorunun məsləhətçisi Səbinə Zülfüqarlı proqramın layihəsini seminar iştirakçılarına təqdim edib. Seminar iştirakçılarından Z.Cəfərov, R.Əzizova, T.Əliyeva, A.Rəhimov, A.Paşayev və başqaları proqram layihəsi ilə bağlı fikir və təkliflərini bildirib, onu məqbul hesab ediblər. Müzakirələr nəticəsində proqramın redaktə xarakterli düzəlişlərlə qəbul olunması qərara alınıb. Proqram "Magistr” jurnalının növbəti nömrəsində dərc olunacaq.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
494 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti