Xəzər Xəbər

Bakıda yağış, rayonlarda sulu qar yağacaq

Cəmiyyət | 09:20 • 12 Noyabr 2018
Bakıda yağış, rayonlarda sulu qar yağacaq
Ölkə ərazisində bu günə gözlənilən hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə,Bakıda vəAbşeronyarımadasında buludluhavaşəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10°, gündüz 12-15° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasındahavaəsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 10-15° isti təşkil edəcəyi ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi,Şuşa,Xocalı,Xocavənd,Qubadlı,Zəngilan,Laçın,Kəlbəcər, həmçininDaşkəsən,Gədəbəyrayonlarında arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcəyi gözlənilir.

Qazax, Gəncə,Goranboy,Tərtər,Ağdam,Füzuli,Cəbrayılrayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti təşkil edəcək.

Balakən,Zaqatala,Qax,Şəki,Oğuz,Qəbələ,İsmayıllı,Ağsu,Şamaxı,Siyəzən,Şabran,Xızı,Quba,Xaçmaz,Qusarrayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcəyi ehtimal olunur.

Mərkəzi Aran: Mingəçevir,Yevlax,Göyçay,Ağdaş,Kürdəmir,İmişli,Ağcabədi,Beyləqan,Sabirabad,Biləsuvar,Saatlı, Şirvan,Hacıqabul,Salyan,Neftçalarayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 12-17° isti təşkil edəcəyi gözlənilir.

Masallı,Yardımlı,Lerik,Lənkəran,Astararayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-16° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-13° isti təşkil edəcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar