Xəzər Xəbər

Bakıda iki yeni kinoteatr tikiləcək

Cəmiyyət | 17:30 • 9 Noyabr 2018
Bakıda iki yeni kinoteatr tikiləcək

"Planlarımız var.”

Son vaxtlarda Nizami Kino Mərkəzində çox maraqlı işlər həyata keçirilir. Ona görə də bura gələn gənclərin sayı daha da artıb.

XəzərXəbər SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

O deyib ki, indi dünyada kino yayımı yalnız biznes marağı daşıyır:

"Növbəti mərhələ üçün planlarımız var. Gələcəkdə dövlət tərəfindən iki kinoteatrın tikilməsi nəzərdə tutulur. Kiçik zallardan ibarət kinoteatrlar tamaşaçılar üçün daha maraqlıdır. Dövlət kinoteatrların yenidən təşkili və sayının artırılması ilə bağlı bir sıra işlər həyata keçirəcək. Ancaq kino yayımı dövlətin deyil, prodüserlərin və yayım şirkətlərinin hüquqlarına daxildir. Onlar bu hüquqları kino istehsalçılarından alaraq, yayırlar və gəlir əldə edirlər. Unutmaq lazım deyil ki, Azərbaycan kinosu istehsal olunur və bu kinoların çəkilişini və yayımını biz təmin edirik”.

Onun sözlərinə görə, "Azərbaycan” kinoteatrında bir zal xüsusi olaraq Azərbaycan kinolarının təqdimatı üçün ayrılıb:

"Mədəniyyət mərkəzləri tikdiyimiz rayonlarda belə öz filmlərimizin yayımı üçün yeni avadanlıq quraşdırmışıq. Bu mədəniyyət mərkəzlərində Azərbaycan filmlərinin təqdimatını həyata keçirməyə başlamışıq. Xarici filmlərin yayımına və kinoteatrların qurulmasına gəlincə, bunlar biznes adamlarının görəcəyi işlərdir”, - nazir deyib.

Xəbər lenti