Xəzər Xəbər

Sabah Bakıda leysan olacaq XƏBƏRDARLIQ

Cəmiyyət | 13:57 • 8 Noyabr 2018
Sabah Bakıda leysan olacaq

Bakıda və Abşeron yarımadasında arabir yağışlı hava şəraiti noyabrın 9-u gündüzədək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, gecə və səhər yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında noyabrın 9-da arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

Noyabrın 9-da bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Xəbər lenti