Xəzər Xəbər

XƏBƏRDARLIQ! Sabah güclü yağış yağacaq - Proqnoz açıqlandı

Cəmiyyət | 18:15 • 7 Noyabr 2018
XƏBƏRDARLIQ!

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 8-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında gecə və səhər yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-18° isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Noyabrın 8-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Bakıda və Abşeron yarımadasında noyabrın 8-i gündüzdən 9-u gündüzədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 8-dən 9-u səhərədək Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
391 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti