Xəzər Xəbər

Gündüz saatlarında 18 dərəcə isti olacaq

Cəmiyyət | 12:45 • 2 Noyabr 2018
Gündüz saatlarında 18 dərəcə isti olacaq
Bu gün gündüz saatlarında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 16-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-20, dağlarda 5-10 dərəcə isti təşkil edəcək.

Xəbər lenti