Xəzər Xəbər

BNA: Burada maşın saxlamaq olmaz

Cəmiyyət | 15:25 • 1 Noyabr 2018
BNA: Burada maşın saxlamaq olmaz

Bakı Nəqliyyat Agentliyi səkilərdə yaradılmış parkinq yerləri ilə bağlı xəbərdarlıq edib.

XəzərXəbər xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, BNA tərəfindən şəhərin hər hansı bir yerində avtomobillər üçün parklanma yerləri təşkil edilməyib.

Onun sözlərinə görə, Mətbuat prospektində fotosu yayılan parklanma yeri səkinin üstüdür və burdakı parklanma piyadaların hərəkətinə ciddi maneə yaradır. Bu kimi yerlərdə nəqliyyat vasitəsinin park edilməsi inzibati xəta hesab edilir.

Xəbər lenti