Xəzər Xəbər

BNA sürücüləri əsassız yerə cərimələyir?

Cəmiyyət | 13:14 • 1 Noyabr 2018
BNA sürücüləri əsassız yerə cərimələyir?
Oktyabrın 23-dən etibarən Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtın inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərinə başlanılıb. Bakı küçələrində parklanma yerləri ilə bağlı qərar verilmədiyi üçün sürücülər arasında çaşqınlıq yaşanır. Onlar əsassız yerə cərimələndiklərini iddia edirlər.


BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, parklanma yerlərinin idarə olunması istiqamətində işlər gedir.

"Təhvil-təslim işlərinin yekunlaşmasını gözləyirik. Bununla paralel olaraq parklanma yerlərinin müəyyən edilməsi, bu sahədə keyfiyyət nöqteyi-nəzərindən dünya standartlarına uyğun xidmətin göstərilməsi üçün dayanaqlı proqram təminatının yaradılması işləri aparılır”.

BNA rəsmisi qeyd edib ki, prosesin yekunlaşması daha çox təhvil verən qurumdan asılı olan məsələdir. "Sürücülərin çaşqınlıqda qalmasına səbəb görmürəm. Çünki dayanma və durmanı qadağan edən nişan varsa orada saxlamaq olmaz. Əsas üstün olan nişandır. Digər bir yandan normal düşüncəyə malik hər bir sürücü bilir ki, avtobus dayanacaq məntəqəsinin ərazisində, səkidə, ikinci, üçüncü cərgədə saxlamaq olmaz. Hazırda bizim əməkdaşlar nəqliyyat vasitəsini avtobus dayanacaq məntəqələrinin ərazisində saxlayaraq nəqliyyatın ümumi axınına, ictimai nəqliyyatın normal fəaliyyətinə maneə yaradan, eyni zamanda dayanma və durmanın qadağan edildiyi yerdə park edən sürücülərə qarşı inzibati tənbeh tədbirləri görürlər. Hesab edirəm ki, burada çaşqınlığa səbəb yoxdur”.

M.Ağayev bu günə kimi nə qədər sürücünün cərimlənməsinə dair statistikanın hazır olmadığını vurğulayıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti