Xəzər Xəbər

Xoşbəxt olmaq istəyirsinizsə, balıq yeyin

Cəmiyyət | 11:31 • 1 Noyabr 2018
Xoşbəxt olmaq istəyirsinizsə, balıq yeyin

Həftədə ən az iki dəfə balıq yeyirsinizsə, demək sağlamlığınızı qoruyursunuz. Aparılan araşdırmalar müntəzəm olaraq balıq yemənin fiziki və ruhi sağlamlığımıza yaxşı gəldiyini göstərir.

XəzərXəbər axşam.az-a istinadən balığın insan orqanizminə olan faydaları haqda məlumat verir:

-Ürək xəstəliyini və iflicin qarşısını alır:Balıqların hamısı faydalıdır, lakin ürəyi qoruyan omega-3 yağı baxımından qızıl, ton, sardina, siyənək, alabalıq, morina, uskumru, kefal və barbunya balıqları daha zəngindir.

-Xolesterinin maddələr mübadiləsini nizamlar:Balığda bol miqdarda olan Omega-3-ün damar genişlədən xüsusiiyəti var. Buna görəürək və damar xəstəliklərinə qarşı təsirlidir.

-Şəkər xəstələri üçün faydalıdır:Şəkər xəstələri ürək xəstəliyi və iflic riskindən daha çox təsirləndikləri üçün balıq yemək onlar üçün faydalıdır.

-Balıq kırışıklara qarşı təsirlidir:Balıq yeyən insanların dərisinin daha az yaşlandığı, qırışıq problemi daha gec yarandığını bildirilir.

-Astma təhlükəsini azaldır:Bəzi araşdırmalara görə, həftədə birdən artıq, xüsusilə də yağlı balıqlardan yeyən uşaqlarda astmaya tutulma nisbəti, çox balıq yeməyən uşaqlara görə daha azdır.

-Balıq yemək xoşbəxtlik və enerji qaynağıdır:Tərkibində serotonin olduğundan balıq yedikdə,özünüzü daha rahat və xoşbəxt hiss edəcəksiniz.

-Balıq yeyən qadınların uşaqları daha ağıllı olur:İngiltərədə edilən bir araşdırma hamiləliklerində balıq yağı baxımından zəngin bir diyeta tətbiq edən qadınların uşaqlarının daha ağıllı, daha çevik olduqlarını ortaya qoydu.

-Yağ nisbəti azdır:İçində sağlamlıq üçün əhəmiyyətli olan Omega-3 yağı olmasına baxmayaraq, balıqlar ümumi olaraq daha az yağlıdır, kökəltmir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
524 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti