Xəzər Xəbər

Bu çörəklər insan orqanizmi üçün TƏHLÜKƏLİDİR Həkimdən XƏBƏRDARLIQ

Cəmiyyət | 15:05 • 30 Oktyabr 2018
Bu çörəklər insan orqanizmi üçün TƏHLÜKƏLİDİR

"Ölkəmizdə geniş yayılmış köklüyün birinci səbəbi çörəyin tərkibindəki maddələrdir”.

Bu sözləri həkim dietoloq-nutrioloq Leyla Zülfüqarlı jurnalistlərlə keçirdiyi seminarda deyib. Həkim yediyimiz düzgün bişirilməmiş, tərkibində qatqı maddələri olan çörəklərin şəkərli diabet, köklük, kartof xəstəliyi və.s kimi xəstəliklərə səbəb olduğunu vurğulayıb.

İnsanlar arıqlamaq üçün çörəkdən tamamilə imtina edir ya da qara çörək yeməyə başlayırlar.

Dietoloq deyib ki, çörəkdən imtina etmək düzgün deyil. Doğru çörəkdən düzgün formada istifadə edilməlidir. Doğru çörək isə tam taxıllılardır. Bu baxımdan mütəxəssis köhnə üsulla bişirilən çörəklərin bazardan sıxışdırılıb çıxarılmasının tərafdarıdır.

Qara çörək məsələsinə toxunan həkim bildirir ki, çörəyin rənginin qara olması onun ekoloji cəhətdən sağlam olması anlamına gəlmir. Rənglərinin süni şəkildə qaraldılması alıcıları cəlb etmək məqsədi daşıyır. Ekoloji cəhətdən təmiz qara çörək tamamilə az üyüdülmüş buğdadan ibarət olmalı və ya çovdar, yulaf unundan bişirilməli və ən əsası qatqısız olmalıdır. Əslində gündəlik qida menyusu elə tərtib olunmalıdır ki, həmin maddələri yeyilən digər ərzaqlardan da ala bilək.

Kartof xəstəliyi barədə də məlumat verən dietoloq, bu xəstəliyin keyfiyyətsiz unlardan hazırlanmış təndir çörəklərindən əmələ gəldiyini qeyd edib:

"Əgər fikir vermisinizsə, təndir çörəyini səhərə saxladıqda saqqız kimi dartılır, yapışqan olur. Bunun 1-ci səbəbi unun səhv formada saxlanmasıdır. Qeyd edim ki, un olan anbarlar torpaqdan 1 metr hündürlükdə olmalıdır. Digər səbəb isə çörək tez bişsin deyə temperaturu artırırlar ki, bu da düzgün bişirilmə qaydası deyil”.

Sağlam çörək yemək istəyirsinizsə, qlütensiz, tam taxıllı olmasına diqqət edin.

Metbuat.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti