Xəzər Xəbər

Azərbaycanda 400-ə yaxın oğlan 18 yaşı tamam olmamış rəsmi nikaha daxil olub

Cəmiyyət | 14:33 • 30 Oktyabr 2018
Azərbaycanda 400-ə yaxın oğlan 18 yaşı tamam olmamış rəsmi nikaha daxil olub

Son 27 ildə Azərbaycanda 373 nəfər oğlan 18 yaşı tamam olanadək rəsmi nikaha daxil olub.


Ötən müddətdə 18 yaşadək ailə həyatı quran oğlanların sayında ən yüksək göstərici 2006-cı ildə qeydə alınıb.


Həmin ildə 50 oğlan 18 yaşı tamam olanadək evlənib. Sonrakı yüksək göstəricilər 2005, 1995, 2007-ci ildə qeydə alınıb. 2005-ci ildə 18 yaşadək nikaha daxil olan oğlanların sayı 48, 1995-ci ildə 44, 2007-ci ildə 36, 2008-ci ildə 35 olub. 1990-cı ildən 2011-ci ilədək olan dövrün qalan illərində isə 18 yaşadək nikaha daxil olanların sayı hər il 11-20 nəfər arasında dəyişib.


2012-ci ildən 18 yaşadək rəsmi nikaha daxil olanların sayı nəzərəçarpacaq dərəcədə azalmağa başlayıb. Azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün kişilərdə və qadınlarda minimum yaş həddinin 18 müəyyən edilməsi olub. (Trend)

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti