Xəzər Xəbər

Səyyar “ASAN xidmət” davam edir

Cəmiyyət | 11:31 • 30 Oktyabr 2018
Səyyar “ASAN xidmət” davam edir
Səyyar "ASAN xidmət” oktyabrın 5–dən noyabrın 3-dək Xudatda, oktyabrın 6–dan noyabrın 3-dək Tovuzda, oktyabrın 8–dən noyabrın 6-dək Şəkidə, oktyabrın 18-dən noyabrın 6-dək Ağsuda, oktyabrın 19-dan noyabrın 2-dək Tovuz rayonunun Qovlar şəhərində, oktyabrın 22-dən noyabrın 10-dək paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsində, oktyabrın 24-dən noyabrın 22-dək Biləsuvarda, oktyabrın 24-dən noyabrın 7-dək Yevlax rayonunun Xaldan qəsəbəsində, oktyabrın 29-dan noyabrın 27-dək Şirvanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət AgentliyindənAzvision.az-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir. Bununla yanaşı, vətəndaşlar "Azəriqaz” İstehsalat Birliyinin xidmətlərindən də yararlana biləcəklər.

Səyyar "ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti