Xəzər Xəbər

Hər kəs psixoloji yardımla məşğul ola bilməyəcək SƏRT TƏLƏBLƏR GƏLİR

Cəmiyyət | 15:35 • 29 Oktyabr 2018
Hər kəs psixoloji yardımla məşğul ola bilməyəcək

Uzun müddətdən bəri ictimai müzakirələrdə olan "Psixoloji yardım haqqında” qanun layihəsi, nəhayət, noyabrın 2-də Milli Məclisin (MM) plenar iclasının müzakirəsinə çıxarılacaq.

Bu haqda Oxu.Az-a açıqlamasında adıçəkilən qanun layihəsinin müəllifi və onun hazırlanması üzrə İşçi Qrupunun rəhbəri, MM-in Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsi hələ yaz sessiyasının qanunvericilik işləri planına salınmışdı:

"Çox yaxşı haldır ki, artıq qanun layihəsi payız sessiyasının müzakirələrinə çıxarılır.

Layihə 22 maddədən ibarətdir və hesab edirəm ki, olduqca vacib bir sənəddir. Çünki dünyada hər zaman, xüsusilə, son dövrlər insanların psixoloqlara, psixiloji yardımaciddi ehtiyacları yaranıb.

Hətta, xatırlatmaq istərdim ki, bu məsələ hələ 15-20 il öncədən ortadadır.

Dünyanın bir çox ölkələrində, o cümlədən, Avropa ölkələrində hər bir insanın özünün ayrıca psixoloqu var.

Onlar qrafiklərini elə müəyyənləşdirirlər ki, həftə ərzində ən azı işdən sonra iki dəfə psixoloqları ilə görüşə, onlardan yardım ala bilsinlər.

Ona görə belə hesab etdik ki, Azərbaycanda da bu yöndə ayrıca qanuna ehtiyac var”.

Deputat təəssüf hissi ilə bildirib ki, bu gün Azərbaycanda əksər hallarda bu məsələ ilə qeyri-peşəkarlar məşğul olurlar:

"Bəzən görürüsən ki, kimsə bir kabinet açdı, üstünə də yazdı ki, Psixoloji Yardım Mərkəzi.

Hansı ki, həmin şəxsin nəinki psixoloqluğa, heç ali təhsilli mütəxəssisliyə aidiyyəti yoxdur.

Odur ki, bu qanun qəbul olunacağı təqdirdə, öncə "psixoloq kim olmalıdır” sualına cavab verəcək. Bundan sonra kimsə öz yanından, heç bir əsas olmadan psixoloqluqla məşğul ola bilməyəcək.

Psixoloqlar yalnız bu sahə üzrə ali təhsili olanmütəxəssislər olacaqlar. Hətta, bu da kifayət etməyəcək, onlar 5 ildən bir attestasiyadan, sertifikasiyadan, imtahandan keçəcəklər.

İkinci mühüm məsələ "psixoloji yardımdan kimlərin pulsuz yararlanması” ilə bağlıdır. Qeyd edim ki, bu məsələni dövlət öz üzərinə götürəcək. Çünki bu fəaliyyətin bir qarşılığı da olmalıdır və bu baxımdan, bu məsələ dövlətin üzərində olacaq.

Öncə uşaq bağçalarından tutmuş orta məktəblərəcən, orta məktəblərdən tutmuş ali və orta-ixtisas məktəblərinə qədərhər bir təhsil ocağında oxuyan uşaqlar, şagirdlər və tələbələr pulsuz psixoloji yardımlar alacaqlar. Bu məktəblərdə psixoloqlar fəaliyyət göstərəcəklər və pulsuz yardımlar göstərəcəklər.

Həmçinin, hər hansı bir fövqəladə hadisə zamanı kimliyindən, dünyanın harasından olmağından asılı olmayaraq, hər bir kəs pulsuz psixoloji yardım hüququna malik olacaq.

Eyni zamanda, yaşayış məntəqələrində yerləşən poliklinikalarda psixoloqların olması şərt kimi ortaya qoyulur və onlar da öz növbələrində yerli sakinlərə pulsuz psixoloji yardımlar göstərərəcəklər.

Üçüncü vacib məsələ isə psixoloqların fəaliyyətinin tənzimlənməsi məsələsidir. Bununla bağlı Psixoloqlar Şurası yaradılacaq. Təbii ki, dövlət müəssisələrində, qurumlarında bu tənzimlənməni dövlət özü həyata keçirəcək, eyni zamanda, özəl sektorda da bu məsələnin tənzimlənməsi nəzarətdə saxlanılacaq, Psixoloqlar Şurası bu funksiyanı daşıyacaq.

Beləliklə, bu qanun layihəsinin qəbulu vacibdir və zəruridir. Ona ciddi ehtiyac duyulur”.

Ümumiyyətlə, yeni layihəyə əsasən, psixoloji yardım göstərən şəxslər dövrü olaraq 5 ildə bir dəfə Azərbaycan Psixoloqlar Şurasının müəyyən etdiyi qaydada tədrisə cəlb ediləcəklər.

Azərbaycan Psixoloqlar Şurası psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xdmətlə təmini, psixoloji xidmət sahəsində elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədilə yaradılacaq.

İctimai əsaslarla fəaliyyət göstərəcək Şura yüksək ixtisaslı psixoloqlardan, müxtəlif sahələrdə psixoloji yardım göstərən dövlət orqanlarının nümayəndələrindən daxil olmaqla, 7 üzvdən ibarət olacaq.

Bununla yanaşı, klinik psixoloqlar peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə dövrü olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb ediləcəklər.

Mülkiyyət növündən asılı olmayaraq, səhiyyə müəssisəsində psixoloji yardımın göstərilməsi ilə təhsili klinik psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan mütəxəssislər (klinik psixoloqlar) məşğul ola bilərlər.

Layihəyə görə, klinik psixoloqlar klinik psixologiya üzrə magistr dərəcəsi almış və səhiyyə sistemində psixoloji yardım göstərmək icazəsi olan mütəxəssis-psixoloqlardır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti