Xəzər Xəbər

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 148 əcnəbi saxlanılıb - FOTO

Cəmiyyət | 14:56 • 29 Oktyabr 2018
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 148 əcnəbi saxlanılıb -

Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 148 nəfər əcnəbi saxlanılıb. Onlardan 2 nəfəri Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.


DMX-dən xezerxeber.az-a verilən məlumata görə, saxlanılmış 13 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 2 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, 1 nəfərin qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu, digər 132 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.


Həmin əcnəbilərdən 123 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər 25 əcnəbinin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.


Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Xəbər lenti