Xəzər Xəbər

Nazirlik: Sürüşmə zonasında çatların ölçüsü artıb

Cəmiyyət | 10:57 • 29 Oktyabr 2018
Nazirlik: Sürüşmə zonasında çatların ölçüsü artıb
Badamdar sürüşmə zonasında aparılan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan  verilən xəbərə görə, sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması və süxur qırıntılarının yamac boyu yerdəyişməsi qeydə alınıb.

Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

Xəbər lenti