Xəzər Xəbər

Doğum tarixinə görə insan xarakteri – SİYAHI

Cəmiyyət | 15:08 • 27 Oktyabr 2018
Doğum tarixinə görə insan xarakteri

Hər bir insanın özünəməxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlər onun doğulduğu aydan, gündən, bürcündən asılı olur.


XəzərXəbər KLİNİK.AZ-a istinadən doğulduğu aylara görə, insanın xüsusiyyətlərini təqdim edir.


Yanvar, sentyar


Ünsiyyəti, diqqət mərkəzində olmağı sevirlər. Onu sevəni də sevirlər. Daxili aləmlərinin gözəllikləri xarici gözəllikləri ilə vədhəd təşkil edir. Dostlarına çox böyük önəm veririlər. Cəsarətli və qorxusuzdurlar. Yaralarını tez zamanda bərpa edə bilirlər. Bu ayalarda dünyaya gələnlər xəyalpərəst olurlar və emosiyalarına nəzarət etməyi xoşlamırlar.


Fevral


Bu ayda doğulanlar abstrakt düşüncəyə malikdir. Reallıqla yaşayırlar. İntelektual və ağıllı, cazibədardırlar. Fevral ayında dünyaya gələnlər utancaq, sakit olurlar. Belə insanlar düzgünlükləri ilə fərqlənirlər. Asan əsəbləşə bilsələr də, bunu gizlədə bilirlər. Ətrafındakı insanları güldürmək qabiliyyətinə malikdirlər.


Mart


Cazibədar, seksual, mehriban və sehrlidirlər. Çox danışmağı diqqət mərkəzində olmağı sevirlər. Başqaları üçün riskə gedə bilirlər. Adətən uğurlu seçimlər edirlər. Dəbi izləyirlər. Təndiqlərə dözmədikləri kimi tez-tez qəlb də sındıra bilirlər. Diqqətli mart insanları hər zaman başqalarını düşünürlər.


Aprel,oktyabr


Yumor hissi yüksəkdir. Tərs, mehriban və çox danışan olurlar. Özlərindən əminlikləri yüksək olduğu üçün başqaları ilə asan dil tapırlar. Yaddaşları güclü olur, ağıllıdırlar və informasiya toplamağı sevirlər. İdman, musiqi, istirahət və səyahəti çox sevirlər.


May


Fəal və dinamik olurlar. Tez qərar verirlər və adətən buna görə peşman olurlar. Bu ayda doğulanlarda mentalitet hissi yüksəkdir. Diplomatik olsalar da diqqəti sevirlər. Adətən mayda doğulanların dostları çox olur. Emosional olduğu qədər də tərsdirlər.


İyun


Yenilikləri sevirlər. İnsanları çətin anlayır və özlərini çətinliklə izah edirlər. Düzgün və taktiki insanlardır. Tənhalığı sevirlər. Hamının sevimlisi olmağa çalışırlar.


İyul


Bu ayda doğulan insanın yanında olmaq xoşbəxtlikdir. Yeni dostluqları, filmləri, əyləncini sevirlər. Özlərinin də bir gün məşhur aktyor ola bilmələri istisna deyil.


Avqust


Riski, diqqəti sevir. Ürəyiyumşaq və özlərindən əmin olurlar. Mahnı oxumaq və danışmaq onların əsas işidir. Xəyalpərəst avqust insanının diqqəti asanlıqla dağılır. İnsanlara inanmağa meyillidirlər.


Noyabr


Tərs və ciddidirlər. Əks cinsə qarşı utancaq olurlar. Xəyal etməyi sevirlər. Uzaqgörənlik qabiliyyətləri də var. Ədəbiyyat və incəsənəti çox sevirlər.


Dekabr


İlin son ayında doğulanlar gözəllikləri ilə fərqlənirlər. Adətən tələskən, fəal, səbrsizdirlər. Asanlıqla fikirlərini izah etsələr də, ətrafdakıları çətin başa düşürlər. İdeyalarla zəngin həssas insanlardır.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
512 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti