Xəzər Xəbər

Dəridəki ağ nöqtələrdən necə xilas olmalı?

Cəmiyyət | 12:22 • 27 Oktyabr 2018
Dəridəki ağ nöqtələrdən necə xilas olmalı?
Cilddə ağ nöqtələrin yaranması genetik və ya hormonal dəyişikliklərdən qaynaqlanır.

Üzdə yaranan ağ nöqtələri əsla sıxmayın. Sıxdıqda dəri zədə alaraq, daha pis hala düşəcək.

XəzərXəbər ağ nöqtələrdən xilas olmaq yollarını təqdim edir:

- İlk əvvəl ağ nöqtələr çoxdursa, mütləq dermatoloqa gedin.

- Dərinizi gündə iki dəfə təmizləyin. Dərinizi təmizləyərkən həssas davranın.

- Kosmetika məhsullarının yağsız olanını seçin.

- Evdə dərinizə buxar tətbiq edin. Buxar məsamələri asanlıqla açacaq.

- Bir qaşıq alma sirkəsi ilə suyu qarışdırıb dərinizə tonik edin və 10 dəqiqə gözlədikdən sonra dərinizi bu toniklə təmizləyin

- Çay ağacı yağı istifadə edə bilərsiniz, sərt olduğu üçün su ilə yumşaldaraq istifadə edin. Əvvəlcə çay ağacı yağına qarşı alergiyanızın olub-olmadığını yoxlayın./AzNews.az

Xəbər lenti