Xəzər Xəbər

Şəkər xəstələrinə müjdəli xəbər

Cəmiyyət | 17:27 • 26 Oktyabr 2018
Şəkər xəstələrinə müjdəli xəbər

Ekspertlər qeyd edir ki, bu terapiya həkim müdaxiləsinə ehtiyacı olan ancaq insulinə başlamamış xəstələr üçün daha effektivdir.

İkinci tip şəkər xəstəliyindən əziyyət çəkən xəstələr tezliklə gündəlik insulin olmadan yaşaya biləcəklər. Sputnik Azərbaycan xarici mətbuataistinadla xəbər verir ki, Hollandiya alimləri qanda şəkərin səviyyəsini stabilləşdirməyin yolunu tapıb.

Məlumdur ki, nazik bağırsaqla mukoza arasında əlaqə var. Yeni metod mukozanı dağıdıb yeni qatın əmələ gəlməsini təmin edir.

Kliniki təcrübə zamanı 50 xəstəyə içində qaynar su olan balonlar yeridilib. Mukoza kəskin isti nəticəsində dağılıb. İki həftədən sonra bağırsaqda sağlamlığa faydalı olan yeni qat yaranıb.

Bir illik müalicədən sonra təcrübə iştirakçılarının 90 faizinin vəziyyəti satbilləşib. Prosedurun özünə gəldikdə isə o, demək olar ki, ağrısız keçib. Prosedur ürək-damar çatışmazlığı, böyrəklərdə problemlər, görmə qabiliyyətinin zəifləməsi və s. bu kimi problemlərin yaranmas riskini də azaldıb.

Ekspertlər qeyd edir ki, bu terapiya həkim müdaxiləsinə ehtiyacı olan, ancaq insulinə başlamamış xəstələr üçün daha effektivdir.

Qeyd edək ki, şəkər xəstəliyi bütün dünyada artır. Təkcə Böyük Britaniyada xəsətlərin sayı 1998-ci ildən 2018-ci lə qədər 1,9 milyondan 3,7 milyona qədər artıb. Hər 10 haldan 9-u isə ikinci tip şəkər xəstəliyidir.



Read more:https://sputnik.az/news/20181026/417593649/seker-xesteelrine-mujdeli-xeber.html

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti