Xəzər Xəbər

Kökəlmək istəməyənlər oxusun!

Cəmiyyət | 14:56 • 26 Oktyabr 2018
Kökəlmək istəməyənlər oxusun!

Piylənmə artıq bütün dünyada ciddi problemə çevrilib. Piylənməyə cavan insanlarda və hətta uşaqlarda da tez-tez təsadüf edilir.

XəzərXəbər saglamolun.az-a istinadən bildirir ki, piylənmə tək kosmetik qüsur deyil, bu çox ciddi pozulmadır. Piylənmə bir çox xəstəliklərin (ürək-damar sistemi xəstəlikləri, diabet, bəzi xərçəng növləri, sonsuzluq və s.) inkişafına səbəb olur.

Alimlərin fikirinə görə, müasir insanlar arasında yayılmış 2 pis vərdiş artıq çəkinin yığılmasının və piylənmənin əsas səbəbləridir. Bu pis vərdişlər səhər yeməyindən imtina etmək və gecənin yarısına qədər oyaq qalmaqdır.

Çoxsaylı araşdırmalar göstərib ki, səhər yeməyindən imtina edən insan nahar və şam yeməyi zamanı daha çox qida qəbul edir və bu da artıq çəkinin yığılmasına səbəb olur. Alimlər səhər yeməyini daha kalorlu və tamdəyərli etməyi tövsiyə edirlər. Bu o demək deyil ki, 1 buterbrod və 1 fincan çay və ya qəhvə ilə kifayətlənmək lazımdır. Səhər yeməyi normal qida qəbulu olmalıdır. Səhər yeməyi zamanı sıyıqlar, süd məhsulları, meyvə və ya tərəvəzlər, yumurta, bişmiş ət və ya toyuq kimi qidalara üstünlük vermək lazımdır. Bu halda qanda şəkərin səviyyəsi uzun müddət ərzində sabit qalacaq və insan nahar vaxtı daha az qida qəbul edəcək.

Gecə yarısına qədər oyaq qalan insanlar əksər hallarda vaxtını kompüter və ya televizor qarşısında keçirir. Bu zaman onlar adətən müxtəlif şirin, kalorlu qidaları (şirniyyat, çipsi, pop-korn və s.) qəbul edir. Bu qidalarda olan kalorilər, təbii ki, sərf olunmur və çəkinin artmasına səbəb olur.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
519 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti