Xəzər Xəbər

Su anbarında balıqlara ziyan vuran şəxs saxlanılıb

Cəmiyyət | 15:12 • 25 Oktyabr 2018
Su anbarında balıqlara ziyan vuran şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Yenikənd su anbarında balıq ovlayan şəxsi saxlayıblar.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir rayon sakini Rauf Qəmbərov olduğu müəyyənləşib. Ondan müxtəlif növ balıq, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 451 manat məbləğində iddia qaldırılıb.


Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Xəbər lenti