Xəzər Xəbər

Estetik əməliyyatlar insan orqanizmini məhv edir – FƏSADLAR

Cəmiyyət | 17:37 • 24 Oktyabr 2018
Estetik əməliyyatlar insan orqanizmini məhv edir

Estetik əməliyyatlar son dövrlər qadınların həyat tərzinə çevirib. Hətta elə xanımlar var ki, ildə bir dəfə bu cür əməliyyatlara girirlər. Onların arasında "əməliyyat qurbanı” olanlar da az deyil.


Bəs görəsən estetik əməliyyat keçirən xanımlar bilirmi bu əməliyyatlar insan orqanizmi üçün hansı fəsadlar yaradır.


XəzərXəbər KLİNİK.AZ-a istinadən estetik əməliyyatların fəsadlarını sizə təqdim edir:


– Çoxsaylı cərrahi müdaxiləyə məruz qalan xanımlar var ki, gözəl olmaq əvəzinə donuq baxışlara sahib olublar. Üz dərisini gərdirən xanımlarda isə adətən mimik işarələr olmur, yəni üz-göz hərəkəti edə bilmirlər. Nəticədə donuq və ifadəsiz sifət quruluşu əmələ gəlir ki, bu da ətrafdakılara xoş təsir bağışlamır.


– Ölkəmizdə xanımlar daha çox qaş qaldırma, dodaq böyütmə kimi əməliyyatdan istifadə edirlər. Mütəxəssislər deyir ki, qaş əməliyyatı zamanı qaşlar ən çoxu 3 millimetr qaldırıla bilər. Xəbərdarlıq edilsə də, xəstələr qaşlarının ən az 5 millimetr qaldırılmasını istəyir. Üz gərdirmə əməliyyatı zamanı ən azı 10 yaş cavanlaşma müşahidə edilir.


– Qadınlar arasında geniş yayılmış burun plastikası isə burundaxili bitişmələrin əmələ gəlməsinə səbəb olaraq tənəffüsün pozulması ilə nəticələnir. Hipoksiya ilə əlaqədar ortaya çıxmış yuxu pozğunluğu və yaddaşsızlıq əsas ağırlaşmalardan birdir.


– Liposaksiya əməliyyatı zamanı maksimum 6 litr piyin götürülməsi mümkün olsa da, bir çox cərrahlar artıq tamah göstərərək daha artıq piy xaric edir, bu da orqanizmdə maye balansının pozulmasına və bu da öz növbəsində xəstənin ölümünə gətirib çıxarır. Bədəndən artıq yağların götürülməsi əməliyyatı, yəni lipoksaksiya isə daha təhlükəlidir. Çünki bu zaman orqanizmdə maddələr mübadiləsi pozulur. Plastik əməliyyat zamanı müəyyən bir hissədən yağ götürülürsə, piy mübadiləsi, karbohidrat, zülal mübadiləsi də pozulur, orqanizm özünü bərpa edə bilmir. Mütəxəssislər süd vəzilərinin böyüdülüb-kiçildilməsinin də ən təhlükəli əməliyyat hesab edirlər.


– Eyni zamanda estetik əməliyyat keçirən insanlar gec-tez nevroloji və psixoloji sarsıntı keçirirlər. Əməliyyatlar zamanı insan orqanizminə yeridilən bu maddələr gələcəkdə onkoloji xəstəliklərin əsasını qoya bilər. Bu cür əməliyyatlar insan şüurunda da dərin iz buraxır.


Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti