Xəzər Xəbər

Siqaretlə bağlı daha bir qadağa

Cəmiyyət | 14:37 • 24 Oktyabr 2018
Siqaretlə bağlı daha bir qadağa
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna dəyişiklik edilir.


XəzərXəbər xəbər verir ki, qanunun 14-cü (Tütün məmulatlarının reklamının və satışının stimullaşdırılmasının qadağan edilməsi) maddəsinə əsasən, televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağandır.

Maddəyə edilən əlavəyə əsasən, tütünün təbliğat məqsədilə reklamı qadağan edilir.

Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Çox oxunanlar