Xəzər Xəbər

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı artıb

Cəmiyyət | 10:06 • 23 Oktyabr 2018
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı artıb

2018-ci il 1 oktyabr tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 690 120 nəfər təşkil edir. Bu da ötən ilin müvafiq dövrü (3 528 466 nəfər) ilə müqayisədə 161 654 nəfər və ya 4,6 faiz çoxdur.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, fərdi uçot sistemində fərdi şəxsi hesabı olanların sayının çoxalması sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artmasının nəticəsidir. Sistemdə qeydiyyata alınan hər bir şəxs gələcəkdə pensiya təminatı hüququna malik olmaq üçün pensiya kapitalı toplamaq imkanı qazanır.


Nazirliyin "Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə sığortaolunanlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalları barədə məlumat əldə edə, onlar üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesinə nəzarət edə blirlər.


Sığortaolunanların fərdi şəxsi hesablarında toplanan sığorta kapitalının hər il indeksləşdirilərək artırılması təmin olunur.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar